01

Memarlıqda İşıq

İşıq, canlıların hər şeyi görmələrini təmin edən bir enerji növüdür. İşıqlanma insanoğlunun özünü bilməsindən etibarən həmişə var olan bir anlayışdır. Olmazsa olmazıdır.
İşıq, hər şeyin gözəlliyini ortaya çıxaran bir faktdır. Bəzi anlayışlar yoxluğunda qiymətini bildirər, varlığı hiss etdirməz insana dəyərini. İşıqda bunlardan biridir əslində. Gözlərimizi apaydın bir mühitdə, çox deyil 30 saniyə bağlı saxlasaq, daha sonra varlıqdan yoxluğa düşməyin necə hiss olduğunu dərk etmiş olarıq.Gözlərimizi açdığımız zaman isə göz qamaşdırıcı bir görünüşə sahib olduğumuzu görüncə, işığın həyatımızdakı əhəmiyyətini anlayarıq.
İşıq bütün canlı dünyası üçün çox əhəmiyyətlidir. Daha ətraflı düşünsək işıq olmaz isə, bitki olmaz, heyvan olmaz, insan olmaz, hətta həyat belə olmaz. Gecə günəş batdığı zaman  və ya mekanlarımıza gündüzləri kifayət qədər işıq düşmədikdə bizlərdə süni aydınlatmalara müraciət etməli oluruq.
İnsanların süni işıqlandırmaya müraciət etməsi, memarlıqda işıqlandırmanın əhəmiyyətini ortaya çıxarmaqdadır. Qısacası yaşadığımız mühiti düzgün işıqlandırma ilə fərqinə varılar edə bilərik. İstifadə edilən materialın növü, əks etdirdiyi işığın növü, bu işığın bucağı, mühitdəki sayı hamısı çox əhəmiyyətli faktorlardır. Doğru işıq daxili məkanda mebel və aksesuarlarımızı, xarici məkan işıqlandırmasında isə binamızın sahib olduğu dəyərləri ortaya çıxaracaqdır.
Burda ən böyük vəzifə memara aiddir. Memar, hazırladığı layihəni reallaşdırmaq adına, işıq, rəng, divar, döşəmə və tavan səthləri arasındakı əlaqəni çox yaxşı qurmalıdır. Məkanın ölçülərinə görə material seçməli, daxili məkan dizaynında düşünülmüş tərzin xaricinə çıxmamalıdır. Bu materiallar seçilərkən, içərisində istifadə ediləcək lampa növü, işığın təsiri və istifadə edilən enerji də göz ardı edilməməlidir. Daxili məkanda işığın növü, istifadə ediləcəyi mühitin növünə görə dəyişərkən insanların ehtiyacları da bu vəziyyətə istiqamət verə bilər.

01 01 01 01

rəy yazın

%d bloggers like this: